Menu

Daha bir xarici şirkət Rusiya bazarını tərk etdi

22.08.2023, 16:25
Daha bir xarici şirkət Rusiya bazarını tərk etdi

Məşhur fəst-food brendi “Domino's Pizza” sanksiyalar səbəbindən Rusiya bazarını tərk etmək qərarına gəlib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkiyə, Rusiya, Azərbaycan və Gürcüstanda “Domino's Pizza”nın master françayzisi olan Hollandiyanın “DP Eurasia” şirkəti Rusiya operatoruna alıcı tapa bilməyib və iflas etdiyini açıqlayıb.

Şirkətin verdiyi açıqlamada Rusiyadakı fəaliyyətini dayandıracağı və ölkədən tamamilə çıxacağı qeyd edilib.

Qeyd edək ki, “Domino's Pizza”-nın Rusiyada ilk filialı 1998-ci ildə açılıb. Hazırda şəbəkənin ölkə üzrə 170-ə yaxın restoranı var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol