Menu

Əhali banklardan 43,3 milyon manat çəkib – Manatla qoyulan depozitlərdə gəlir 6 faiz azalıb

23.08.2023, 11:02
Əhali banklardan 43,3 milyon manat çəkib – Manatla qoyulan depozitlərdə gəlir 6 faiz azalıb

Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb. Belə ki, avqustun ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43,3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb.

Qeyd edək ki, bu ilin fevral ayında da əmanətlərin həcmində aylıq azalma qeydə alınmışdır.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, sistem əhəmiyyətli banklarda depozit faizlərində azalma davam edir. Onun sözlərinə görə, manat üzrə orta depozit faizi müddətli əmanətlər üzrə 6 faizədək azalıb.

“Müddətsiz depozitlərdə isə faizlər sadəcə simvolik xarakter daşıyır. Bu isə əmanət qoyluşlarına təsirsiz ötüşmür”, - iqtisadçı əlavə edib.

Deputat hesab edir ki, “Günay Bank”ın müflisləşməsi də ümumi əmanətlərin həcminə təsir göstərdi. Xatırladaq ki, lisenziyası ləğv olunan zaman sözügdən bankın depozit portfeli 82 milyon 507 min manat idi.

“Bütövlükdə, aylıq azalmaya baxmayaraq əmanətlərin həcmi bu ilin yanvar ayı ilə müqayisədə 962 milyon manat artıb. Bu baxımdan, il ərzində aylıq artım tempinin qorunub saxlanması da vacibdir. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir”, - V.Bayramov vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol