Menu

Rusiya Odessadakı taxıl anbarlarına hücum edib

23.08.2023, 12:03
Rusiya Odessadakı taxıl anbarlarına hücum edib

Rusiyanın Odessa vilayətində gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə etdiyi hücumda taxıl anbarlarına ziyan dəyib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabından məlumat yayıb.

Rusiya ordusunun hədəfinin bölgədəki mülki infrastruktur olduğunu ifadə edən Kiper, Ukrayna hava hücumundan müdafiə qüvvələrinin 9 “Şahed” tipli PUA-nı məhv etdiyini qeyd edib.

“Təəssüf ki, taxıl anbarındakı istehsal və yükləmə obyektlərinə ziyan dəyib, 700 kvadratmetr sahədə yanğın baş verib. Yanğın səhər saatlarından etibarən nəzarət altına alınıb. Taxıl anbarlarına da ziyan dəyib”,-deyə o bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol