ABŞ-ın Ermənistandakı səfirliyi 16 avqust toplantısında Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrə təzyiq göstərərək Laçın yolu ilə bağlı qətnamənin qəbuluna mane olduğu barədə iddiaları təkzib edib.
ABŞ səfirliyi yerli mətbuatın sorğusuna cavabında bildirib ki, onlar ümumiyyətlə qətnamə layihəsini görməyiblər.
“Birləşmiş Ştatların qətnaməni imzalamamaq üçün üzv dövlətlərə təzyiq göstərməsi ilə bağlı iddialar tamamilə yalandır”, - açıqlamada qeyd olunur.
“AzPolitika.info”


Şərhlər