Menu

Priqojin “Vaqner”in bütün komandirləri ilə bu gün Afrikadan Rusiyaya qayıdıb

23.08.2023, 22:51
Priqojin “Vaqner”in bütün komandirləri ilə bu gün Afrikadan Rusiyaya qayıdıb

Bu gün həqiqətən Yevgeni Priqojin “Vaqner” özəl hərbi şirkətinin bütün komandirləri ilə Afrikadan Rusiyaya uçub. Bu barədə “Report” “BBC News”un rusiyalı xüsusi müxbiri Andrey Zaxarova istinadən xəbər verir.

Jurnalist bildirib ki, Priqojin bu gün Afrikadan Rusiyaya uçub, onunla birlikdə “Vaqner”in bütün komanda heyəti də olub: “O, başqa təyyarədə olsa, möcüzə olar”.

Qeyd edək ki, bu gün Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və onun “sağ əli” Dmitri Utkin də olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol