Menu

KİV: Priqojinin cəsədi tanınıb

24.08.2023, 15:09
KİV: Priqojinin cəsədi tanınıb

Təyyarə qəzasında həlak olduğu iddia edilən “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin cəsədi tanınıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Vaqner”in komandirlərindən biri məlumat verib.

Qeyd olunub ki, əsas əlamət meyitinin barmaqlarından birinin olmaması idi.

Mütəxəssislər ölənlərin meyitlərinin tanınması üçün məhkəmə-tibbi ekspertizası keçirəcəklər.

Xatırladaq ki, dünən Priqojinin olduğu təyyarə Rusiyanın Tver vilayətində qəzaya uğrayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol