Menu

618 min Rusiya vətəndaşı Şengen vizası alıb

24.08.2023, 18:43
618 min Rusiya vətəndaşı Şengen vizası alıb

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin baş verdiyi 2022-ci ildə ruslar Şengen vizası üçün 687 000-dən çox müraciət edib ki, bu da 2021-ci illə müqayisədə 150 000 müraciət çoxdur.

“AzPolitika.info” Rusiya mediasına istinadla xəbər veri ki, onların 90%-i təsdiqlənib, beləliklə, ruslar 618 mindən çox Şengen vizası alıblar.

Vizaların əksəriyyəti ruslara İspaniya tərəfindən verilib - 158 mindən çox, imtinaların payı cəmi 4,5% təşkil edib. Ruslar həmçinin Finlandiya, İtaliya və Yunanıstan konsulluqlarında çoxlu Şengen vizası alıblar.

2022-ci ilin sentyabrında Finlandiya rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoyub, 2023-cü ilin iyulunda isə Rusiya hakimiyyəti Finlandiyanın Sankt-Peterburqdakı konsulluğunun bağlandığını elan edib.

Eyni zamanda, ruslar üçün vizadan imtinanın ən kiçik faizi Polşada - 0,75%, Latviyada - 0,8%, Hollandiyada - 1,1% və Litvada - 2,3% qeydə alınıb. İndi bütün bu ölkələr ruslara viza verilməsini dayandırıb.

2022-ci ilin sentyabrında Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü ilə əlaqədar Avropa İttifaqı ruslar üçün sadələşdirilmiş viza rejimini dayandırıb. Viza rüsumu 35 avrodan 80 avroya yüksəlib, viza üçün müraciət etmək üçün tələb olunan sənədlərin sayı artıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol