Menu

Qarabağ” pley-offun ilk oyununda səfər qələbəsi qazanıb - VİDEO (Yenilənib)

24.08.2023, 23:58
Qarabağ” pley-offun ilk oyununda səfər qələbəsi qazanıb - VİDEO (Yenilənib)

Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Sloveniya klubu “Olimpiya”nın qonağı olub.

“Stojitse” stadionunda baş tutan qarşılaşmaya sürətli başlayan Qurban Qurbanovun yetirmələri birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.

Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib. Meydan sahiblərinin heyətində son dəqiqələrdə qırmızı vərəqə alan David de Senna Bakıdakı cavab görüşünü buraxacaq.

Bu komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

***

"Qarabağ" klubu Sloveniyada "Olimpiya"ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu keçirir. Oyun  “İdman TV”  kanalı ilə yayımlanmalı idi. Ancaq kanal texniki problem səbəbilə "Olimpiya" - "Qarabağ" oyununu yayımlaya bilmədiyini bəyan edib.

"Olimpiya” - “Qarabağ” qarşılaşmasını İnternet televiziyası "Kanal 13"  canlı yayımlayır. Həmin yayımı təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol