Menu

“Yayımla bağlı ortaya çıxan problemdə “Qarabağ” klubu da məsuliyyət daşıyır” - “İdman” TV

25.08.2023, 14:41
“Yayımla bağlı ortaya çıxan problemdə “Qarabağ” klubu da məsuliyyət daşıyır” - “İdman” TV

“Yayımla bağlı ortaya çıxan problemdə “İdman” TV qədər “Qarabağ” klubu da məsuliyyət daşıyır”.

“Report” xəbər verir ki, bu barədə “İdman” TV UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın Sloveniya klubu “Olimpiya” ilə keçirdiyi səfər oyunu zamanı yayımda yaranmış problemlə bağlı bəyanatda bildirib.

Telekanal rəhbərliyi məsələ ilə bağlı yaxın müddətdə Azərbaycan çempionunun rəsmiləri ilə görüş keçirməyi planlaşdırır: “Olimpiya” - “Qarabağ” görüşünün “İdman” TV vasitəsilə göstərilməməsindən narahatlığınızı və iradlarınızı başa düşür, üzr istəyirik. “Qarabağ” klubundan fərqli olaraq, biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək”.

Qeyd edək ki, “Qarabağ”ın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşma 69-cu dəqiqədən etibarən yayımlanıb.

Şərhlər

Nazim 2023-08-25 15:05:35

idman Tv
elə bir şeylər yazın ki heç olmasa camaatı özünüzə güldürməyin,
necə yəni futbol klubu yayıma görə məsuliyyət daşıyır?
bu qədər də olmaz axı!!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol