Avqustun 15-də bir “İştirak evi” adlanan platformada tədbir keçirilib. Tədbirin təşkilatçıları müharibə əleyhinə çıxan “no war”-çular olub. Müzakirlərə də əsasən Vətən müharibəsi ilə bağlı aparılıb.
“No war”çular hələ 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistanın təxribatına cavab verən, anti-terror əməliyyatı keçirən ordumuzu “terrorçu”, Azərbaycan dövlətini isə “işğalçı” dövlət adlandırırdılar.
Bu yanaşma 44 günlük Vətən müharibəsi zamanı da özünü göstərdi. Onlar Azərbaycanın əks-hücum əməliyyatını az qala hərbi təcavüz kimi dəyərləndiridilər. Cəmiyyətin onların yanaşmasına sərt təpki verməsinə baxmayaraq, “no war”çılar mövqelərindən geri çəkilmir, əksinə dövlət əleyhinə çıxışlarını bir qədər də artırdırlar.
Əlbəttə müharibə ən böyük faciələrdən biridir. Azərbaycan da müharibə istəməyən ölkələr sırasındadır. Amma bir ölkənin tarixi torpaqları işğal edilibsə, düşmən işğalçılıq siyasətini dayandırmayıbsa, bunun qarşısını almaq artıq zərurətə çevrilir.
Azərbaycan 30 il erməni işğalına dözüb. Problemin sülh yolu ilə həll olunmasına çalışıb. Dünyanı məsələyə ədalətlə yanaşmağa çağırıb. Lakin problem nəinki həll olunub, əksinə Ermənistan işğalçılıq siyasətini davam etdirərək yeni ərazilər ələ keçirməyə cəhd edib.
Nəhayət, 2020-ci ilin sentyabrında Azərbaycan erməni hərbi birləşmələrinin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayıb. 44 günlük əməliyyat Azərbaycanın qələbəsi ilə bitib. İşğal olunmuş ərazilərin əhəmiyyətli hissəsi azad edilib.

Hərbi əməliyyatlar dövründə Azərbaycan müharibə qaydalarına riayət edib. Erməni hərbi birləşmələrindən fəqrli olaraq Azərbaycan mülki vətəndaşları və obyektləri həsəf seçməyib. Hər halda belə bir fakt yoxdur. Lakin Ermənistan döyüş bölgəsindən kənarda olan Bərdə, Gəncə və Tərtər rayonlarını raket atəşinə tutub, mülki obyektlər dağıdılıb, sivil vətəndaşlar öldürülüb.
Nədənsə azərbaycanlı “no war”-çular çıxışlarında bu məsələləri qabartmır. Əksinə, az qala bu müharibədə Azərbaycanı günahkar çıxarır. Sanki Azərbaycan Ermənistanın torpaqlarını işğal edib.
Yerli “no war”-çular dişsiz arqumetnləri ilə Azərbaycanı günahkar çıxarmaları işin arxasında anti-Azərbaycan qüvvələrinin dayanması barədə iddiaların əsassız olmadığını ortaya qoyur.
Təcrübə də göstərir ki, “müharibəyə müqavimət” ideyası əksər hallarda “Açıq Cəmiyyət İnstitutu”, “Soros Fondu” kimi qlobal təşkilatlar tərəfindən ayrı-ayrı ölkələrdə, xüsusilə post-sovet məkanında kütlələrlə manipulyasiya aləti kimi istifadə edilib.
Azərbaycanlı “no war”-çuların müharibə əleyhinə, daha doğrusu, Vətən müharibəsi əleyhinə çıxışları ölkə xaricində də ikrahla qarşılanır. Polşalı araşdırmaçı jurnalist Miloş Podnanskinin bu barədə fikirlərinə diqqət edək: “Qəribədir ki, ərazilərinin 20%-i işğal altında olan Azərbaycanda problemin həllini təklif etdiklərini deyənlər (“no war”-çular nəzərdə tutulur) əslində kollaborasionist və məğlubiyyətçi mövqedən çıxış edir”.
Hətta Ermənistanın “Hraparak”, “Haykakan Jamanak”, “Pastinfo”, “Mamul” media qurumları da azərbaycanlı “no war”-çuların mövqeyini təəccüblə qarşılayır və onları qəribə məxluqlar adlandırırdılar.
Müharibə 3 ildir bitib. Ermənistan nəticələrlə barışıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Tərəflər kövrək addımlarla da olsa sülh prosesinə davam edirlər. Əgər bu günə qədər sülh müqaviləsi imzalanmayıbsa, bunun məsuliyyəti tamamilə Ermənistan rejiminin üzərinə düşür.
Bütün bunlara baxmayaraq, yerli “no war”-çular hələ də Azərbaycanı aqressiv ritorikada günahlandırır, Qərbi Azərbaycan İcmasının tarixi torpağına geri qayıtmaq istəyini rədd edir, faktiki olaraq cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd göstərirlər.
R. Əliyev
"AzPolitika.info"


Şərhlər