Menu

Nigerdə Fransa səfirinə ölkəni tərk etməsi üçün iki gün vaxt verilib

25.08.2023, 23:20
Nigerdə Fransa səfirinə ölkəni tərk etməsi üçün iki gün vaxt verilib

Nigerdə dövlət çevrilişi həyata keçirən üsyançıların lideri Fransanın Niameydəki səfirindən 48 saat ərzində ölkədən getməyi tələb edib. "Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Səfir qiyamçıların nəzarətində olan Xarici İşlər Nazirliyinə edilən zəngə cavab verməyib və onların nümayəndələri ilə görüşməkdən imtina edib.

Qeyd edək ki, Niger "Azadlıq və Ləyaqət Hərəkatı"nın nümayəndələri Niameydəki Fransa hərbi bazası qarşısında mitinq keçirərək, fransız qüvvələrinin ölkə ərazisindən tamamilə çıxarılmasını tələb ediblər.

Şərhlər

dadaşyev 2023-08-26 01:33:12

Niyə qovurlar?Fransa bizə illərdir əsl düşmənçiliyini göstərir ermənini yedəyinə alaraq və göstərməkdə də davam edir,gör heç biz Fransa səfirinə güldən ağır söz deyərikmi? A tövbə!Bir az tölerant olun canım.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol