Qarabağdakı erməni hərbi xuntasının başçısı Arayik Aarutyunyan Xankəndindən qaçmağa hazırlaşır.
“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, o, uzun illər əzində işğal olunmuş bölgədə qurduğu biznes obyektlərini satıb. Qeyd olunur ki, Arutyunyan sonuncu biznesi olan fermasını da bağlayıb, heyvanlarını kəsdirərək biznesinə son verib.
Yerli qaynaqlar xəbər verir ki, Arayikin ailə üzvləri də Xankəndini çoxdan tərk edərək Ermənistana köçüblər, yalnız kiçik qızı həyat yoldaşı ilə birlikdə Qarabağda qalıb.
Erməni mətbuatı yazır ki, bu günlərdə Arutyunyanın həyat yoldaşı işdən çıxması ilə bağlı ərziə ilə müraciət edib. Kiçik qızı isə “Xankəndi dövlət universiteti”ni tərk edib.
Bu məlumatlara əsaslanan erməni mediası yaxın zamanlarda A.Arutyunyanın Qarabağdan qaçamağa hazırlaşdğını yazır.
“AzPolitika.info”

Şərhlər