Son vaxtlar Moskvaya qarşı yönələn intensiv PUA hücumları Ukrayna cəmiyyəti üçün nəzərdə tutulub. Ukrayna göstərməyə çalışır ki, onlar Rusiyanın raket hücmlarına cavab verməyi bacarırlar və gələcəkdə də bunu davam etdirəcəklər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” nəşri məlumat yayıb.
Ukrayna rəsmiləri ümid edirlər ki, hücumların intensivləşməsi Moskvanı Ukraynaya qarşı yönələn dağıdıcı raket və dron hücumlarından çəkindirəcək. Lakin bəzi ekspertlər hesab edirlər ki, bu, əks effekt də verə bilər.
Məsələn, Karnegi Beynəlxalq Sülh Fondunun alimi Tatyana Stanovaya bildirir ki, Moskvaya qarşı yönələn dron hücumları bəzi ruslar arasında müharibəyə dəstəyi artırıb.
“AzPolitika.info”


Şərhlər