“Vaqner” başçısı Yevgeni Priqojinin ölümündən sonra onun Kremllə münasibətlərinə dair bəzi maraqlı məlumatlar dərc edilməkdədir.
“AzPolitika.info” xəbər verir ki, Rusiyada kifayət qədər populyar olan “ВЧК-ОГПУ” telegram kanalı Priqojinin qiyamdan bir neçə gün sonra Vladimir Putinlə baş tutmuş görüşündən sonrakı davranışlarını əks etdirən xəbər paylaşıb.
Sözügedən kanal Priqojinə yaxın məlumatlı mənbələrə istinadla qeyd edib ki, “Vaqner” başçısı iyunun 29-da Belarusdan öz təyyarəsi ilə uçduğu həmin görüşə yüksək əhval-ruhiyyə ilə getsə də, görünür, dialoq onun planlaşdırdığı şəkildə baş tutmayıb və buna görə görüşdən olduqca qəzəbli şəkildə ayrılıb: “Yevgeni Priqojin görüşə “qürurlu təklikdə” uçurdu və yaxşı əhval-ruhiyyədə idi. Mahnıya qulaq asır, ekipajla zarafat edirdi. “Vaqner” komandirləri isə görüşə adi reyslərlə və avtomobillərlə getmişdilər. Elə həmin gün də Priqojin sonradan həlak olduğu təyyarədə hamı ilə birlikdə Sankt-Peterburqa qayıtdı”.
Yazıda qeyd olunur ki, həmin görüşün detalları bilinməsə də, ekipaj üzvlərinin dediyinə görə, görüşdən sonra Priqojinin əhvalı dəyişib və özünü dəlilik dərəcəsində qəzəbli aparıb: “Muzdluların başçısı Putinlə görüşdən sonra hiddət və qəzəbdən özündə deyildi, onu müşayiət edənlərin hamısını danlayırdı. Bütün uçuş vaxtı susmadı, qışqırıqla, yüksək tonda sərnişinləri söydü”.
Xatırladaq ki, Putinin “Vaqner” komandirləri ilə keçirdiyi və Priqojinin iştirak etdiyi görüş əvvəlcə gizlədilsə də, mətbuatda dərc edilən məlumatlardan sonra Dmitri Peskov belə bir görüşün olduğunu etiraf etmişdi. Ancaq bu görüşün konkret nəticələri barədə ətraflı məlumat verilməmişdi. Putin özü isə həmin görüşdə baş verənlərə aid açıqalmasında demişdi ki, “Vaqner” komandirlərinə vahid rəhbərlik altında döyüşməyi təklif etsə də, Priqojin buna razılıq verməyib.
“AzPolitika.info”

Şərhlər
Avamlıq, nadanlıq, aqılsızlıq ucbatından, dost və düşmənini ayırd etməyi bacarmayan , uzaqgörən olmayan, məhdud düşüncəli , hiyləgər olmayan bir kütbeyin adam, hətta belə səhvi buraxmaz,
necə ki, Rpiqojin və Utkin ( Vagner hərbi komandiri - hərbi rəhbəri ) bir təyyarədə , birlikdə , uçuşa razılıq veriblər, məgər bunlar bilmirdilər ki, paxan fyurer, bunlardan qisas almaqa fürsət ,
məqam , şərait - an gözləycək ?????????????