Ukrayna 2024-cü ilin yazında “F-16”-lardan istifadə etməyə başlaya bilər.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
O, qeyd edib ki, bu müddət ərzində “F-16”-lar üçün pilotlar hazırlanacaq və lazımi infrastruktur qurulacaq.
Reznikovun sözlərinə görə, “F-16”-lar döyüş meydanındakı real vəziyyəti dəyişə bilər.
“Biz Rusiyanın havadakı hökmranlığına son qoymalıyıq. Düşünürəm ki, “F-16”-lar hava hücumundan müdafiə sisteminin bir parçası olacaq. Biz bu yolla hava məkanınımızı gücləndirə bilərik. Bu, bizim üçün çox böyük bir irəliləyiş olardı”,-deyə o bildirib.


Şərhlər