Menu

Bakı metrosunun ilk xanım maşinisti vəzifəsindən azad edilib - Video

28.08.2023, 11:43
Bakı metrosunun ilk xanım maşinisti vəzifəsindən azad edilib - Video

“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.

Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”.

G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.

Şərhlər

ƏNHU 2023-08-28 17:21:36

Məncə xanımı yenə də bağışlamaq olardı. O qadın sükan arxasında çox maraqlı görünürdü. Qatar onun idarəsi ilə stansiyaya daxil olanda istər-istəməz adam gülümsəyirdi. Bir də ki, biz öz ilklərimizi qorumalıyıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol