Menu

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batma təhlükəsi ilə üzləşib

28.08.2023, 14:26
Azərbaycan vətəndaşlarının da olduğu gəmi batma təhlükəsi ilə üzləşib

Qara dənizin Rumıniya sahillərində Tanzaniya bayrağı altında üzən yük gəmisi batmaq təhlükəsi ilə üzləşib. Rumıniya mənbələrinin məlumatına görə, AMANOS-un ekipaj üzvləri arasında altı Azərbaycan və iki Türkiyə vətəndaşı da var.

AMANOS Rumıniyanın Manqaliya şəhərindən 1,5 dəniz mili aralıda SOS siqnalı göndərib. Gəminin heyəti Rumıniya sahil mühafizəsinə müraciət edərək gəminin burnunun qırıldığını və suyun içəriyə dolduğunu bildirərək kömək istəyib. Rumıniyanın “Feniks”, “Briso” və “Teia” xilasetmə gəmiləri dərhal sözgedən gəminin dayandığı əraziyə gediblər.

Lakin AMANOS-un kapitanı rumıniyalı xilasedicilərin gəmisinə minməsinə icazə verməyib, köməkdən imtina edib və ekipajın dəymiş ziyanı təkbaşına aradan qaldıracağını bildirib.Gəmi daha sonra Bolqarıstan sularına doğru dənizə çıxıb. Gəminin hansı yükü daşıdığı məlum deyil.

“Marinetraffic” veb-saytı bu quru yük gəmisinin 1978-ci ildə inşa edildiyini göstərir, gəminin hazırkı sahibi haqqında məlumat araşdırlır. Gəmi avqustun 14-də Ukraynanın Odessa vilayətindəki İzmail limanını tərk edib, lakin son təyinat yeri dəqiqləşdirilməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol