Menu

Ankaradan Ərdoğan-Putin görüşünə dair açıqlama

29.08.2023, 00:05
Ankaradan Ərdoğan-Putin görüşünə dair açıqlama

Ankara Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin tezliklə görüşünün təmin edilməsini prioritet hesab edir.

APA-nın məlumatına görə, bunu Türkiyə prezidentinin baş müşaviri, səfir Akif Çağatay Kılıç NTV telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, prezident administrasiyası bu görüşün müxtəlif tarixləri və müxtəlif formatları üzərində işləyir.

"Burada əsas prioritet prezidentimizin cənab Putinlə mümkün qədər tez görüşməsini təmin etməkdir", - müşavir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol