Menu

Rusiya-Ukrayna müharibəsində həlak olan mülki şəxslərin sayı açıqlanıb

29.08.2023, 17:01
Rusiya-Ukrayna müharibəsində həlak olan mülki şəxslərin sayı açıqlanıb

Rusiya-Ukrayna müharibəsində həlak olan mülki şəxslərin sayı açıqlanıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı hesabat yayıb.

Hesabatda 24 fevral 2022-ci il və 27 avqust 2023-cü il tarixləri arasında 9 min 511 mülki şəxsin həyatını itirdiyi, 17 min 206 mülki vətəndaşın isə yaralandığı bildirilib.

Hesabatda təkcə Donetsk və Luqansk vilayətlərində 4220 nəfərin həyatını itirdiyi, 6183 nəfərin yaralandığı açıqlanıb. Həyatını itirən 2 min 115 nəfərin, yaralananların 2 min 999 nəfərinin Rusiyanın nəzarətində olan bölgələrdən olduğu bildirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol