Bir gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır.
Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.
Belə ki, içərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.
Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.
Humanitar yardımın Xankəndiyə çatdırılması ilə bağlı ötən gün qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlara yüklərin daşınması ilə bağlı hər hansı bir cavab hələ də verilməyib.
Bu, bir daha Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradıldığını sübut edir.

Şərhlər
Cox yaxşı. Bu belədə olmalıdır.
Hələ 03 avqust 2023-cü il tarixdə "Ermənistanın" Xankəndinə göndərdiyi humanitar yardım şousuna alternativ olaraq, Azərbaycanın da Ağdam Xankəndi yoluna o qədər yardım tırları çıxarmasına dair aşağıdakı məzmunda fikirlərimi paylaşmışdım. Nə yazıq ki, bu bəzi dostlar tərəfindən bu fikirlerim müsbət qarşılanmadı. Amma bir şeyi unuduruq ki, zamanında, altını cızaraq deyirəm. zamanında məhz düşmənin hiyləgərliyinə qarşı öz metodu ilə cavab vermək de lazımdır. Həmin paylaşmanı təqdim edirəm, buyurun oxuyun,, lütfən
"Amma bununla belə elə bilirəm indiki vəziyyətdə Bakı dərhal yüz tırlıq humanitar yardım karvanı ilə Ağdamdan Xankəndi istiqamətində yola düşməlidir və düşməli idi. Onda bu ermənilərə, onların havadarlarına və bütün dünyaya soyuq bir duş olar. Qoy Xankəndi erməniləri qəbul etməsinlər. Faqət etməsə idilər, bu onların özlərini ifşa olardı" 03.08.2023-cü il. Paylaşma şəxsi səhfəmdə durur)