Menu

FRANSAYA NİGERDƏ BÖYÜK ƏNGƏL – Bu ölkələr Parisin növbəti işğalına qarşı müqavimətə hazırlaşır + VİDEO

30.08.2023, 14:08
FRANSAYA NİGERDƏ BÖYÜK ƏNGƏL – Bu ölkələr Parisin növbəti işğalına qarşı müqavimətə hazırlaşır + VİDEO

Beynəlxalq KİV-lərin yazdığına görə, Fransa Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) regional ittifaqı adı altında gizlənərək Nigeri işğal etməyə hazırlaşır. Məlumata görə, uzun illərdir Nigerin təbii sərvətlərini talayan, bu ölkəni özünün müstəmləkəsinə çevirən Fransanın bu addımı bir müddət əvvəl Nigerdə baş verən üsyanla əlaqədardır.

Belə ki, sözügedən üsyandan sonra Nigerdə Vətənin Xilası Milli Şurasının sədri Abdurahman Çiani yeni hökumətin lideri olub. Hakimiyyət dəyişikliyindən qısa müddət sonra isə Niger Fransa ilə olan hərbi əməkdaşlığını dayandırmaq qərarına gəlib.

“AzPolitika.info” xəbər verir ki, Fransanın mümkün hərbi müdaxiləsinin gündəmdə olduğu bir vaxtda Mali xüsusi təyinatlıları Nigeri müdafiə edəcəklərinə dair video yayımlayıblar. Bu gün yayımlanan videoda Mali xüsusi təyinatlılarının Nigerdəki mümkün hərbi toqquşmaya hazırlaşdıqları görülüb. Digər tərəfdən, Mali ordusundakı əsgərlərin Çin istehsalı olan hərbi texnikalarla təchiz edilməsi diqqətdən yayınmayıb.

Onu da qeyd edək ki, Burkina Faso və Mali rəhbərlikləri birgə bəyanat yayaraq, ECOWAS-ın Nigerdəki çevrilişin gedişatını dəyişdirməyə çalışacağı təqdirdə Nigeri müdafiə edəcklərini bildiriblər.

Xatırladaq ki, hazırda Fransanın Nigerdə 1500 hərbçisi var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol