Menu

Paris bizə qarşı hansı təxribatlara əl ata bilər? – Ekspert açıqladı

30.08.2023, 14:47
Paris bizə qarşı hansı təxribatlara əl ata bilər? – Ekspert açıqladı

"Fransanın yükləri və Parisin meri Laçın yolunda ilişib qalmalıdırlar”

“Bu psixoloji mübarizədir, Fransa bizə təzyiqi artırmağa çalışır. Fransa Avropanın iki aparıcı dövlətindən biri olduğundan bu ölkənin prezidenti hesab edir ki, Ermənistanın mövqeyindən çıxış edərək Azərbaycana təzyiq siyasəti nəticə verəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Fransanın Azərbaycana qarşı silsilə təxribatları şərh edərkən bildirib.

“Fransa Prezidenti Emmanuel Makronun Bakıya dünənki zəngi də bununla bağlıdır. Makronun dövlət başçısı İlham Əliyevlə fikir mübadiləsinin içi barədə məlumat verilməsə də, söhbətin əsas hissəsinin Laçın yolu ilə bağlı olduğunu güman etmək olar” – deyə, o, əlavə edib.

Fransanın tələblərinə müsbət cavab verməsək, Paris bizə qarşı hansı təxribatlara əl ata bilər?

Ekspert suala cavabında deyib ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan qarşı qətnamə qəbul etdirməyə çalışa bilər: “Rusiya veto hüququndan istifadə edəcək. Rusiya bunu Azərbaycana görə deyil, Ukrayna müharibəsinə görə Qərblə qarşıdurmasına görə edəcək. ABŞ-ın özü də Fransanın oyununa gəlib Avrasiya bölgəsində indiki həssas məqamda Azərbaycanla münasibətləri korlamaq istəməz. Fransa Avropa İttifaqı çərçivəsində də Azərbaycana qarşı təzyiq mexanizmlərini hərəkətə gətirə bilər. Fransanın bu istiqamətdə də nəticə əldə edəcəyi problematikdir. Avropa İttifaqında qərarlar konsensusla qəbul edilir, Azərbaycanın Avropadakı dostları və enerji resurslarımıza ehtiyacı olan dövlətlər Fransanın anti-Azərbaycan qərarına dəstək verməyəcəklər. Ona görə də Fransanın yükləri və Parisin meri Laçın yolunda ilişib qalmalıdırlar”.

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2023-08-30 16:34:13

Fransanın hay-küy salmasının məqsədi Azərbaycandan pul qopartmaqdır.Fransanın Azərbaycan ərazisinə burnunu soxması elə işğalçılıq cəhdidir.Odur ki,biz,Fransanın ölkəmizdəki səfirini qovmalıyıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol