Menu

Ukrayna XİN Macarıstanın Baş nazirinə cavab verib - "Torpaqlarımız alver predmeti deyil"

30.08.2023, 16:39
Ukrayna XİN Macarıstanın Baş nazirinə cavab verib - "Torpaqlarımız alver predmeti deyil"

“Ukrayna torpaqları alver predmeti deyil və Rusiya hərəkətlərinə görə mütləq cəzasını alacaq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Macarıstan Baş naziri Viktor Orbana cavabında deyib.

Onun sözlərinə görə, Ukrayna Macarıstan Baş nazirinin ardıcıl mövqeyindən şübhələnməyə başlayıb: “Macarıstanda durumun necə olduğunu bilmirik, amma Ukrayna nə ərazilərini, nə də suverenliyini güzəştə gedir”.

Qeyd edək ki, V.Orban daha əvvəl Ukraynanın Rusiyanı məğlub etmək şansının olmadığını söyləmişdi.

Şərhlər

Oxucu. 2023-08-30 17:11:12

Bunu vaxtında anlayıb,alverçiyə aldanmayaydız,məncə indi siz üçün çox gecdir,bütün avropanı çökdürən anqlosakslar bu məqsədli şəkildə etmişlər,çünki Afrika və Asya oyanıb,hərifləmək çox çətiləşir,amma bu müharibədə ABŞ başda olmaqla anqasakslar yaxşı qazanc əldə edirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol