İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

"AzPolitika.info"-nun məlumatına görə, İlqar Mahmudov bundan əvvəl Təhsil Nazirliyində Daxili nəzarət şöbəsinin müdiri olub.  

Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"AzPolitika.info"