Mərkəzi Asiyanın ən böyük neft istehsalçısı olan Qazaxıstan Rusiyadan keçən əsas ixrac boru kəmərinə alternativ axtarır. Qazaxıstan höküməti neftini Xəzər və Qara dənizlər vasitəsilə nəql etmək üçün tankerlər alır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Bloomberg” nəşri “KazMunayQaz” neft-qaz şirkətinə istinadla məlumat yayıb.
Məlumata görə, şirkət artıq neftin Xəzər dənizi ilə nəqli üçün iki tanker satın alıb. Qara dənizdə istismar üçün isə daha iki gəminin alınması planlaşdırılır.
Materialda qeyd olunur ki, Qazaxıstan hakimiyyəti və ölkənin ən böyük dövlət şirkətlərinin rəhbərləri aktiv şəkildə neftin nəqlində alternativ marşrut axtarışındadırlar.
“AzPolitika.info”


Şərhlər