Menu

Afrika İttifaqı Qabonun təşkilatdakı fəaliyyətini dayandırıb

31.08.2023, 21:45
Afrika İttifaqı Qabonun təşkilatdakı fəaliyyətini dayandırıb

Afrika İttifaqı ölkədə konstitusiya quruluşu bərpa olunana qədər Qabonun təşkilatın bütün fəaliyyətlərində iştirakını dayandırır.

"Report" xəbər verir ki, bu barədə Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının iclasının yekununda qərar qəbul edilib.

Aİ, eyni zamanda Qabonda hakimiyyətin hərbi yolla ələ keçirilməsini pisləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol