Menu

“Almaniya Ukraynaya 10 “Leopard” tankı verəcək” - KİV

01.09.2023, 12:11
“Almaniya Ukraynaya 10 “Leopard” tankı verəcək” - KİV

Almaniya Ukrayna üçün 2,7 milyard avroluq yeni hərbi yardım paketini təqdim edəcək.

“AzPolitika.info” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, bu paketə - on ədəd “Leopard” tankı, “TRML-4D” hava müşahidə radar stansiyası, 16 vektorlu kəşfiyyat təyyarəsi, logistika üçün dörd ədəd “8×8”, “HX81” traktoru və yarımqoşqu daxildir.

Bundan əlavə, Ukraynaya 13 milyondan çox müxtəlif kalibrli patronlar da veriləcək. Eyni zamanda, ilk dəfə olaraq Ukraynada səhra xəstəxanasının quraşdırılacağı bildirilir.

Qeyd edək ki, Almaniyanın 2023-cü il üçün Ukraynaya hərbi yardımı 5,4 milyard avro təşkil edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol