Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının son 3 ayda narkotiklərlə bağlı keçirdiyi əməliyyatlar zamanı 70 fakt üzrə narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı, narkotik tərkibli bitkilərin kultivasiyası və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qanunsuz dövriyyədən ümumilikdə 11 kiloqrama yaxın marixuana, 5 kiloqrama yaxın heroin, psixotrop maddə metamfetamin və metadon həbləri, yaş halda çəkisi 37 kiloqram çəkidə 95 ədəd çətənə kolu çıxarılıb.
Bundan başqa, rayonun müxtəlif ərazilərində keçirilən əməliyyat nəzarət-profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən 8 ton 11455 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.


Şərhlər
Əgər bir az düşüən olsa Quba kimi çox da böyük olmayan rayonda 46 nəfərin birdən təyin lunaraq tutulması çətə məsələsidir.Bəs bu çətəni yaradan,onu mühafizə edən,hesabatını aparanlar niyə ortada görünmür?Deməli bu təşkil olunmuş cinayətkar qrup sahibsiz olmayıb və onlar mühafizə olunublar.Bəs təşkilatçı,mühafizə edənlər niyə ortada görünmür?Bax,məsələnin kökü bundadır.Quba kimi belə qrupların digər şəhər və rayonlarda olması istisna görünmür.Mübarizə başdan başlanmalıdır,əsas təşkilatçıla ifşa olunaraq cəmiyyətə çatdırılmalıdır.Yoxsa bu məsələ bitən deyil.