Menu

Lukaşenkodan Belarus vətəndaşlarına yeni qadağalar – Əmlakını satmaq istəyən şəxs ölkəyə qayıtmalıdır...

05.09.2023, 17:20
Lukaşenkodan Belarus vətəndaşlarına yeni qadağalar – Əmlakını satmaq istəyən şəxs ölkəyə qayıtmalıdır...

Xaricdə daimi yaşayan Belarus vətəndaşları xaricdəki səfirlik və konsulluqlarda pasport ala, dəyişdirə və ya yeniləyə bilməyəcəklər. Bu barədə Belarus lideri Aleksandr Lukaşenkonun fərmanında deyilir.

Sənədə əsasən, pasport almaq və ya onun etibarlılığını artırmaq yalnız son qeydiyyat yeri üzrə daxili işlər orqanlarında mümkündür. Biometrik pasportlar yalnız Belarus ərazisində Xarici İşlər Nazirliyində dəyişdiriləcək.

Artıq indiyə qədər təqdim edilmiş müraciətlərə eyni qaydada baxılacaq.

Lukaşenkonun fərmanında o da nəzərdə tutulur ki, xaricdə olan Belarus vətəndaşı Belarusdakı daşınmaz əmlakını və ya nəqliyyat vasitələrini satmaq istəsə, o, ölkəyə qayıtmalı və sövdələşməni şəxsən tamamlamalıdır. Və ya şəxsən Belarus notariuslarında başqa bir şəxs üçün etibarnamə veriblər.

Belarusun Latviyadakı konsulluğundan mətbuata bildiriblər ki, sənədlər belaruslara verilib və veriləcək. Onların yeni fərmandan hələ xəbəri yoxdur, ona görə də bu barədə şərh verməyə hazır deyillər.

Belarusun Litvadakı konsulluğu fərmanı gördüklərini təsdiqləyib. Eyni zamanda, bu barədə hələlik konkret heç nə deyə bilməyəcəklərini bildiriblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol