Menu

Tacikistanda terror aktı törətmək istəyən şəxslər məhv edilib

06.09.2023, 08:41
Tacikistanda terror aktı törətmək istəyən şəxslər məhv edilib

Tacikistan-Əfqanıstan sərhədini pozan 3 terrorçu Tacikistan ərazisinə daxil olub və müqavimət göstərdikdə ölkənin xüsusi xidmət orqanları tərəfindən məhv edilib.

“Report” xəbər verir ki, bu barədə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, 2023-cü il avqustun 29-dan 30-na keçən gecə beynəlxalq terror təşkilatının 3 üzvü Dövlət Müstəqilliyi Günü ərəfəsində Tacikistan ərazisində terror aktı törətmək üçün Əfqanıstanla sərhədi qanunsuz keçərək ölkəyə daxil olublar.

Vurğulanıb ki, antiterror əməliyyatı nəticəsində terror qruplaşmasının 3 üzvü məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol