"Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.
Qolkiper “Adana Demirspor”la razılaşıb. Super Liqa təmsilçisi Şahruddinlə 2+1 illik müqavilə imzalayacaq.
Azərbaycan yığmasının da üzvü olan qolkiper Türkiyə klubuna azad agent kimi keçəcək.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev “Qarabağ”ın heyətində oynadığı matçlarda ard-arda kobud səhvlərlə yadda qalmışdı.


Şərhlər