Menu

“Yeni hərbi eskalasiya Ermənistanda böyük itkilərə səbəb olacaq” – “İrəvanda bunu başa düşməlidirlər ki...”

06.09.2023, 14:37
“Yeni hərbi eskalasiya Ermənistanda böyük itkilərə səbəb olacaq” – “İrəvanda bunu başa düşməlidirlər ki...”

“Əgər Bakı və Qarabağ ərazində yaşayan ermənilər arasında hansısa dialoq başlayarsa, bu, əslində hamı üçün çox yaxşı həll yolu olardı”.

“AzPolitika.info” xəbər verir ki, bunu Beynəlxalq Böhran Qrupunun (ICG) Cənubi Qafqaz üzrə baş elmi işçisi Olesya Vartanyan erməni mediasına müsahibəsində deyib.

Vartanyan hesab edir ki, Xankəndindəki rejimin “rəhbərliyində” baş verən dəyişikliyindən sonra proseslərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətinləşib.

“Xankənində daha əvvəl Azərbaycan hakimiyyəti ilə beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlara hazır idilər. Amma indi “rəhbərlik” dəyişib, onları kimin idarə edəcəyi məlum deyil, ona görə də danışıqlarla bağlı mövqelərinin nə zaman formalaşacağı bəlli deyil. Onlar Bakı ilə birbaşa və ya dolayı danışıqlara getməyə hazırdırlarmı, hansı miqyasda, kiminlə və s. sualların caval yoxdur. Qorxuram ki, bu ideya öləcək. Nəticədə hərbi gərginlik artacaq. Ermənistan və Azərbaycan sərhədində, təəssüf ki, diplomatik cəbhədə bütün bunlar aydın görünür”, - Vartanyan qeyd edib.

Yeni eskalasiya ehtimalından danışan ICG nümayəndəsi qeyd edib ki, son vaxtlar Ermənistan-Azərbaycan sərhədində insidentlərin sayı xeyli artıb: “İndi Ermənistanla Azərbaycan arasında danışıqlar qəribə vəziyyətdədir. Xarici işlər nazirləri ABŞ-da görüşərəkən bəzi sənəd layihələri mübadiləsi aparıblar, lakin aydındır ki, tərəflər arasında fundamental ziddiyyətləri hələ də qalır və heç bir kompromis variant tapa bilmirlər. Bəzən, kompromis variantları tapmaq istəyinin olduğuna belə əmin deyiləm. Getdikcə adamda belə bir təəssürat yaranır ki, proseslərin bəzi iştirakçıları hər şeydən əl çəkməyə hazırdırlar və sadəcə olaraq hər şeyi hadisələrin axarına buraxmaq istəyirlər. Təəssüf ki, bu, regionda yaxşı heç nəyə gətirib çıxarmayacaq, çünki hazırda istənilən hərbi eskalasiya, ilk növbədə, erməni tərəfinə böyük itkilər vəd edir. İrəvanda başa düşməlidirlər ki, yeni hərbi eskalasiyanın nəticələri Qarabağ ərazində qalan ermənilərinin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Həmçinin Ermənistanın özündə sabitliyə təsir edəcək. Bu vəziyyətdə nə etmək lazımdır? Təbii ki, əsas yol problemin diplomatik həllini axtarıb tapmaqdır. Sadəcə olaraq, başqa yol yoxdur”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol