Menu

"Baxmut istiqamətində uğur qazanmışıq" - Ukrayna Baş Qərargahı

07.09.2023, 11:03
"Baxmut istiqamətində uğur qazanmışıq" - Ukrayna Baş Qərargahı

Hücum əməliyyatları nəticəsində Ukrayna ordusu Baxmutun cənubunda qismən uğur qazanıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının məlumatında deyilir.

“Baxmut istiqamətində müdafiə qüvvələri Donetsk vilayətinin Orexovo-Vasilyevka yaxınlığında düşmən hücumlarının qarşısını alıb. Eyni zamanda, hücum əməliyyatları nəticəsində Müdafiə Qüvvələri Baxmutun cənubunda qismən uğur qazanır, düşməni mövqelərindən sıxışdırıb çıxararaq çatdıqları xətlərdə möhkəmlənirlər”, - məlumatda qeyd edilib.

Məlumata görə, Limanski, Avdeyevski istiqamətində də düşmənin hücumlarının qarşısı alınıb. Maryinski istiqamətində isə rusların irəliləməsini dayandırmağa davam edirlər.

“RBC-Ukraina”nın verdiyi xəbərə görə, müdafiə qüvvələri Melitopol istiqamətində uğurla keçib. Onlar Liman və Baxmut istiqamətində düşmənin hücumunun qarşısını alırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol