Menu

Zaxarova Simonyanı “səviyyəsiz” adlandırdı

07.09.2023, 15:19
Zaxarova Simonyanı  “səviyyəsiz” adlandırdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın onun haqqında həqarətlə ”mən katibələrə cavab vermirəm” sözlərinə reaksiya verib.

Zaxarova cavabında Simonyanı “səviyyəsiz” adlandırmaqdan çəkinməyib:"Onun səviyyə ilə bağlı aşkar problemlərinin olduğu barədə mübahisə etmək çətindir".

 Zaxarova dünyanın bütün katibələrinə dəstək ifadə edib: "Mən isə planetin bütün “katiblərinə” dəstək sözləri demək istəyirəm. Rəfiqələrim! Sizin işiniz ən böyük rəisin belə uğurunun açarıdır. Gündəlik zəhmətkeş işiniz, o cümlədən plan tərtib etmək, görüşlər təşkil etmək, sənədlərlə işləmək, zəngləri qəbul etmək və milyonlarla müxtəlif narahatlıqlar, hər şey boşa gedəcək. Bu adamın düşünmədən ağzına gələni deməsinə fikir verməyin..."

Qeyd edək ki, Zaxarova Simonyanın Laçın dəhlizi və Rusiya sülhməramlıları ilə bağlı vəziyyəti tənqid etməsini şərh edərkən Ermənistan rəsmilərinin bəyanatlarını “kobudluq” adlandırıb.

Buna cavab olaraq isə Simonyan Zaxarovanı “hansıda idarənin hansısa katibəsi” adlandıraraq ona cavab verməyəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol