Menu

Ermənistanda müxalif bloger naməlum şəxslər tərəfindən oğurlanıb

07.09.2023, 19:06
Ermənistanda müxalif bloger naməlum şəxslər tərəfindən oğurlanıb

Rusiyayönlü bloger və fəal Mikael Badalyan sentyabrın 6-da axşam saat 21:00 radələrində Gorusda qaldığı hotelin yaxınlığında naməlum maskalı şəxslər tərəfindən qaçırılıb.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, Mikael Badalyan hadisədən bir gün öncə "Sputnik" radiosunda verilişlərdən birində iştirak edib.

O, veriliş zamanı Ermənistan hökumətinə qarşı sərt ittihamlar irəli sürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol