Menu

Rusiya kubalıları Ukraynada döyüşlərə cəlb etmək istəyib – 17 nəfər həbs edildi

08.09.2023, 13:46
Rusiya kubalıları Ukraynada döyüşlərə cəlb etmək istəyib – 17 nəfər həbs edildi

Kuba hökuməti ölkə vətəndaşlarını Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya ordusuna cəlb etməkdə şübhəli bilinən 17 nəfərin həbs edildiyini açıqlayıb.

“AzPolitika.info” “Reuters”agentliyinə istinadla xəbər verir ki, bu barədə Kubanın Daxili İşlər Nazirliyinin polkovniki Sezar Rodriqes bildirib. “İstintaq nəticəsində indiyədək bu fəaliyyətin təşkilatçısı da daxil olmaqla, 17 nəfər həbs edilib”, - o qeyd edib.

Rodriges həbs olunanların adlarını açıqlamasa da, qrup liderinin adada yaşayan iki nəfərə arxalandığını vurğulayıb.

Bu həftənin əvvəlində Kuba rəsmiləri ölkə vətəndaşlarını Ukraynaya qarşı döyüşməyə məcbur edən insan alveri şəbəkəsini aşkar etdiklərini bildiriblər. Kuba Daxili İşlər Nazirliyinin məlumatına görə, insan alverçiləri Rusiyadan idarə olunur. Rusiya silahlı qüvvələrinə cəlb edilmə sxemi həm Rusiyada yaşayan kubalıları, həm də Kubada olanları əhatə edib.

Prokuror Xose Luis Reyes bildirib ki, şəbəkə üzvləri törədilən cinayətlərin şiddətindən və xarakterindən asılı olaraq 30 ilədək həbs, ömürlük həbs və ya ölüm cəzası ilə üzləşə bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol