Rusiya hərbi aviasiyası bütünlüklə Belarusu tərk edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Belaruskiy qayun” monitorinq qrupu məlumat yayıb.
Məlumatda deyilir ki, hələ avqustun 5-dən başlayaraq, Rusiya hərbi aviasiyası Belarusu tərk etməyə başlayıb. Həmin dövrdə Belarusun Maçulişşi hərbi aerodromundan Bryanskdakı aerodroma 11 ədəd Mi-8 və Mi-24 helikopteri uçub. Baranoviçi aerodromundan isə Rusiyaya 9 “SU-34” və “SU-30CM” hərbi təyyarəsi yollanıb. Bu helikopterlərin və təyyarələrin hamısı Belarusa 2023-cü ilin yanvarında göndərilmişdi. Hazırda isə Belarusda Rusiyaya aid cəmi bir ədəd “Su-24” təyyarəsinin qaldığı bildirilir.
“AzPolitika.info”


Şərhlər