Məlum olduğu kimi, Rusiya sentyabrın 8-10-u tarixlərində Krım da daxil olmaqla, işğal olunmuş Ukrayna ərazilərində “yerli idarəetmə orqanlarına” qanunsuz seçkilər keçirir.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukraynanın işğal altındakı Berdyansk şəhərində quraşdırılan “seçki məntəqələrindən” birində ardıcıl iki partlayış baş verib. Ukrayan Təhlükəsiz Xidmətindəki mənbələr partlayışların ölkənin təhlükəsizlik xidməti orqanları tərəfindən hazırlandığını bildiriblər.
Nəticədə sentyabrın 8-dən etibarən “seçki” keçirilməli olan bu məntəqə bağlanıb.
Ümumilikdə Ukrayna xüsusi xidmət orqanları tərəfindən işğal olunmuş ərazilərdə keçirilən qanunsuz seçkilərdə iştiraka görə 3500-ə yaxın aktiv kollobarant qeydə alınıb. Onlara qarşı Ukrayna qanunvericiliyinə uyğun müvafiq tədbirlər görüləcəyi bildirilir.
“AzPolitika.info”


Şərhlər