Menu

Paşinyan Azərbaycan Prezidenti ilə görüşmək istəyir – Makron erməni həmkarına nə deyib?

09.09.2023, 19:28
Paşinyan Azərbaycan Prezidenti ilə görüşmək istəyir – Makron erməni həmkarına nə deyib?

Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, onlar yenə Azərbaycanın daxili işlərinə “burunlarını soxaraq” Laçın yolu, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin artması tendensiyaları ilə bağlı məsələləri müzakirə ediblər.

Paşinyan yenə saxtakarlıq edərək 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara və bütün məsələlərin konstruktiv atmosferdə həllinə yanaşmaya sadiq olduğunu iddia edib.

Makron isə Ermənistanın təxribatlarını görməzdən gəlib və sərhəddə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Paşinyan beynəlxalq ictimaiyyəti aldatmaq üçün özünü sülh tərəfdarı kimi göstərib. Hətta Azərbaycan Prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib.

Ermənistanı təxribatlara həvəsləndirən Makron isə regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.

Görünür, Makronn erməni həmkarına Azərbayacana qarşı təxribatların ciddi nəticələri ola biləcəyi, Parisin İrəvana real kömək edə bilməyəcəyini izah edib. Hazırda həm yerdə, həm də beynəlxalq arenada mövcud reallıqlar Ermənistanın xeyirnə deyil. Saxta iddialarla Azərbaycana qarşı təzyiq siyasətini formalaşdırmaq mümkün olmayıb. 16 avqustda BMT TŞ-da müzakirələrin nəticəsiz bitməsi bu reallığın kluminasiyasıdır.

Qeyd edək ki, İrəvandan Qarabağ ərazində qalan separatçılara Azərbaycanın şərtlərini qəbul edilməsi – Ağdam-Xankəndi yolunun açılması ilə bağlı üstüörtülü mesajlar verilir. Mümkündür ki, Paşinyan vəziyyəti gərginləşdirməyin həm Ermənistana, həm də Xankəndinə qalan separtçılara baha başa gələcəyini, Qərbin dəstəyinin illuziya olduğunu anlayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol