Menu

Ukrayna Qarabağ ərazisində keçirilmiş qondarma “seçkini” sərt şəkildə pislədi

09.09.2023, 17:56
Ukrayna Qarabağ ərazisində keçirilmiş qondarma  “seçkini” sərt şəkildə pislədi

“Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna XİN Qarabağın kiçik bir hisəsində qalan separatçı rejimin keçirdiyi qondarma “seçki” ilə bağlı bəyanatında bildirib.

Bəyanatda deyilir ki, Ukrayna bu “seçkini” qəti şəkildə pisləyir: “Ukrayna XİN sentyabrın 9-da Qarabağda(Azərbaycan Respublikası) keçirilən “prezident seçkisini” pisləyir. Keçirilən “prezident seçkisi” beynəlxalq hüquq və normalara ziddir, onun nəticəsi isə mənasızdır. Ukrayna bir daha Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərdə ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

Bəyanatın sonunda bildirilir ki, Ukrayna münaqişənin siyasi-diplomatik yollarla tənzimlənməsinin tərəfdarıdır.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2023-09-09 19:56:51

AzPolitika ,bəzi məsələlərdə tələsməyin Çəlalın yazısı səhv idi ,o iradını XİN-bildirməli idi ,Ukrayna həmişə bizim yanımızda olub ,innən belədə olacaq ,çünki o problem orada da var

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol