AVRO-2024-ün seçmə mərhələsində V tur davam edir.
Azərbaycan millisinin yer aldığı F qrupunda Estoniya İsveçi qəbul edib. Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə başa çatıb - 0:5.
Qolları Viktor Dyokereş, Deyan Kulusevski, Aleksander İsak, Robin Kuaison və Viktor Klaesson vurublar.
Qrupda Belçika və Avstriya 10 xalla müvafiq olaraq birinci, ikinci pillələrdədirlər. İsveç altı xalla üçüncüdür. Azərbaycan və Estoniya milliləri bir xal toplayıblar. Əlavə göstəricilərə görə estonlar dördüncü, yığmamız isə beşincidir.
C qrupunda Ukrayna Polşada İngiltərəni qəbul edib. Matçda qalib müəyyənləşməyib - 1:1. Hesabı 26-cı dəqiqədə Aleksandr Zinçenko açıb. Lakin Kayl Uolker 41-ci dəqiqədə ingilisləri məğlubiyyətdən xilas edən qolu vurub.
Beş oyunda 13 xal toplayan İngiltərə vahid liderdir. Ukrayna yeddi xalla ikinci pillədə qərarlaşıb.


Şərhlər