Ermənistanın düşünülmüş hərəkətlərinin açıq şəkildə pislənməsini gözləyirik.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.
2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub.
Biz bu cür düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik", - XİN rəsmisi qeyd edib.


Şərhlər
Elə gözləyə-gözləyə bu məsələnin həllini qəsdən uztmışıq,bu gün də konkret addım atmağı düşünən tapılmır.XİN kabinetdən yazılar verir (hansı ki,heç kim onu oxumur və nəzərə almır)....Zəhmət olmasa gedin Avropaya,Ameriaya,Çinə özdoğru tələblərimizə tərəfkeş axtarın.