ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi “seçki”ni tanımadığını açıqlayıb.
Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.
O qeyd edib ki, Qarabağdakı separatçı rejimi müstəqil və suveren dövlət kimi tanımırlar.
"Beləliklə, oradakı qondarma "prezident seçkisi"nin nəticələrini tanımırıq”, - sözçü qeyd edib.
Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb.


Şərhlər