Menu

"Ermənistan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir" - Hikmət Hacıyev

12.09.2023, 09:35
"Ermənistan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir" - Hikmət Hacıyev

“1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı Ermənistanın minalarının qurbanı olub”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb.

“Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir”, - Prezidentin köməkçisi qeyd edib.

O, Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü mina terroru siyasətinin dəhşətli (qorxunc) rəqəmlərini əks etdirən cədvəl də paylaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol