Menu

İspaniyalı futbolçunu öpən federasiya prezidenti istefa vedi

12.09.2023, 11:45
İspaniyalı futbolçunu öpən federasiya prezidenti istefa vedi

İspaniya Futbol Federasiyasının Prezidenti Luis Rubiales istefa verib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə o, özünün “X” sosial şəbəkə hesabından məlumat yayıb.

“FIFA məni cəzalandırdıqdan sonra tez bir zamanda işimə qayıda bilməyəcəyim məlum oldu. Gözləmək, israr etmək ispan futboluna müsbət töhfə verməyəcək”,- deyə o, bildirib.

Qeyd edək ki, qadınlar arasında futbol üzrə dünya çempionatının kubok təqdimetmə mərasimi zamanı ispaniyalı futbolçu Cenni Hermosonu öpən L. Rubialesin bu hərəkəti birmənalı qarşılanmamışdı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol