Fransa Prezidenti Emmanuel Makron “Ukrayna qayığına” gecikib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Politico” nəşrində Klea Kalkutun məqaləsində bildirilir.
Müəllif bildirir ki, Fransa Prezidenti Ukrayna müharibəsi başlayandan bəri, tərəddüdlü addımları və birmənalı qarşılanmayan açıqlamaları ilə Avropa liderinə çevrilmək şansını və “Çörçill anını” əldən qaçırıb.
Məqalədə deyilir ki, Makronun müharibə başlayandan bəri Putinlə olan görüşləri və Rusiyaya qarşı sanksiyalarda, Ukraynaya dəstək mövzusunda ehtiyatlı davranması onun reputasiyasına da ciddi təsir edib.
Müəllif Makronun bu istiqamətdə sabiq Britaniya naziri Boris Consona da uduzduğunu vurğulayıb.
Həmçinin, müəllifin fikrincə, “Rusiyanı alçaltmamalıyıq” və “Moskvaya təhlükəsizlik qarantiyası verilməlidir” deməklə, Fransa prezidenti “öz ayağına atəş açıb”.
Məqalədə qeyd olunur ki, son aylarda Makron artıq həm yanıldığını, həm də Avropada liderlik şanslarının azaldığını görərək, NATO-nun genişlənməsi, Avropa İttifaqında inteqrasiya planlarının dəstəklənməsi və Ukraynaya hərbi yardımın artırılması istiqamətində addımlar atmağa başlayıb.
Rüfət
“AzPolitika.info”


Şərhlər