Menu

Ukrayna Sevastopolu qanadlı raketlərdən atəşə tutub

13.09.2023, 08:33
Ukrayna Sevastopolu qanadlı raketlərdən atəşə tutub

Ukrayna Silahlı Qüvvələri Sevastopol şəhərini qanalı raketlərdən atəşə tutub.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Zərbələr Orconikidze adına gəmiqayırma zavoduna endirilib.

Rusiyanın Qara Dəniz Donanmasının iki pilotsuz gəmisi zərbə alıb.

Hava hücumundan müdafiə sistemləri yeddi qanadlı raketin vurulduğunu açıqlayıb.

Sevastopol şəhərinin meri Mixayıl Razbojayev bildirib ki, 24 nəfər xəsarət alıb.

Onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol