Menu

Ermənistanda koronavirusun yeni növü aşkarlanıb

13.09.2023, 16:18
Ermənistanda koronavirusun yeni növü aşkarlanıb

Ermənistanda koronavirusun omikron ştamının yeni alt növü aşkarlanıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin sözlərinə görə, son bir həftə ərzində yoluxma hallarının sayı artıb və 12 sentyabra olan məlumata əsasən, koronavirusa 71 yoluxma faktı qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə çoxdur.

Səhiyyə Nazirliyi həmçinin qrip və koronavirus infeksiyasına yoluxma hallarının artacağı barədə xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol