Menu

Rusiyanın ən yeni tankı belə məhv edildi –VİDEO

13.09.2023, 17:57
Rusiyanın ən yeni tankı belə məhv edildi –VİDEO

Rusiya Ukraynada davam edən işğalçılıq müharibəsində öz hərbi sənayesinin ən son məhsullarını da itirməkdə davam edir.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında Xerson istiqamətində Rusiyanın ən yeni “T-90 Prorıv” tankının məhv edilməsinə aid görüntülər yayımlanıb.

Rusiyanın ən bahalı və müasir tanklarından olan “Prorıv” Ukraynaya aid hərbi dronla vurulub və bu zaman tankın müdafiəsi üçün üzərinə yığılmış qum kisələri də onu xilas etməyib.

Qeyd edək ki, bundan öncə Rusiyanın özünün ən son istehsalı olan “T-14 Armata” tankını Ukrayna cəbhəsinə göndərməkdən çəkindiyi barədə məlumat yayılmışdı.

“AzPolitika.info” 

Video bu lingdə: https://www.pravda.com.ua/rus/news/2023/09/13/7419...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol