Menu

Neft bazarında defisit yarana bilər

13.09.2023, 20:37
Neft bazarında defisit yarana bilər

Beynəlxalq Enerji Agentliyi (BEA) çərşənbə günü bildirib ki, Səudiyyə Ərəbistanı və Rusiyanın 2023-cü ilin sonuna qədər uzaddıqları neft hasilatının azaldılması dördüncü rüb ərzində dünya neft bazarında defisitə yol aça bilər.

“AzPolitika.info” bu barədə “Reuters” agentliyinə istinadla xəbər verir.

OPEC və onun OPEC+ kimi tanınan müttəfiqləri bazarı gücləndirmək üçün 2022-ci ildə tədarükləri məhdudlaşdırmağa başlayılar. Bu ay OPEC+ liderləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı gündəlik 1,3 milyon barel azaldılmasını 2023-cü ilin sonuna qədər uzatdıqdan sonra isə, “Brent” markalı neftin qiyməti bu il ilk dəfə olaraq 90 dollar/barel səviyyəsini keçib

Agentlik bildirir ki, OPEC+ üzvlərinin 2023-cü ilin əvvəlindən sutkada 2,5 milyon bareldən çox hasilat məhdudlaşdırması indiyədək ittifaqdan kənar hasilatçıların, o cümlədən ABŞ, Braziliya və hələ də sanksiyalar altında olan İranın yüksək tədarükü ilə kompensasiya edilib.

"Lakin sentyabr ayından etibarən OPEC+ hasilatının itirilməsi... dördüncü rüb ərzində əhəmiyyətli tədarük çatışmazlığına səbəb olacaq", - deyə BEA aylıq neft hesabatında bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol